Biz kimik?

ZZ Construction

ZZ Construction şirkəti haqqında. “ZZ Construction ”-ın əsas fəaliyyət istiqaməti təmir, tikinti və dizayn işləridir. Şirkət quruluşundan indiyədək çox sayda müxtəlif istiqamətli təmir-dizayn işlərinin sifarişini qəbul etmiş, proyektləri uğurla sona çatdırmış və dərin müştəri məmnuniyyəti ilə sahiblərinə təhvil vermişdir. Böyük təcrübə, yeni texnologiya və peşəkar heyət şirkətimizə qəbul etdiyi sifarişləri yüksək keyfiyyət və zəmanətlə təhvil verməsinə imkan verir.

Daim inkişafda olan şirkətimiz paytaxt Bakı ilə yanaşı regionlarda da fəaliyyətini həyata keçirməklə müştərilərini məmnun edir. Həmçinin yüksək zövqlə tərtib olunmuş dizayn işlərimiz yalnız ölkəmizdə deyil, hətda xarici ölkələrdə də böyük maraqla qarşılanır. Bunun nəticəsində şirkətimiz Moskva və Kiyev şəhərlərində öz nümayəndəliyini quraraq çox sayda sifarişləri qəbul və icra edir.

Yeniləşən dəblə ayaqlaşan şirkətimiz öz müştərilərinin ekskluziv istəklərini həyata keçirmək üçün geniş xarici ticari əlaqələri vasitəsilə ən son texnologiya əsasında hazırlanmış, yüksək zövqlə yaradılmış mebellərin, dekorların, ağac işləmələrinin, elektrik avadanlıqlarlarının alınmasını və Azərbaycana gətirilməsini təmin edir. Biz təmir müddətində nəzarətə məsuliyyət daşıyırıq.İşçi heyətimizin hər bir üzvü – dizaynerlər, layihələndircilər, iş icraçıları öz sahəsi üzrə geniş biliyə və dərin təcrübəyə malikdir.

ZZ Constuction ilə keyfiyyətli iş!

ZZ Construction olaraq biz sizin arzularınızı reallığa çevirməkdən qürur duyuruq.

Əlaqə

Azərbaycan, Baku

Cəfər Cəbbarlı 44